AZ

Avropa Komissiyasının binalarında içməli su qurğularında qurğuşun aşkarlanıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Bəzi Avropa Komissiyası (AK) departamentlərinin əməkdaşları ofislərdəki içməli su vasitəsilə qurğuşuna məruz qala bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" xəbər yayıb.

Məlumata görə, AK əməkdaşlarının hüquqlarını qoruyan "TAO – The Independents" sindikatı bir neçə Avropa Komissiyası binasında içməli su qurğularında qurğuşun aşkarlandığını bildirib. Ehtimal olunur ki, çirklənmə "Madou Plaza Towerdə", burada rəqabət və antiinhisar tənzimləməsindən məsul yüksək vəzifəli şəxslər çalışır, həmçinin Covent Garden kompleksində yerləşən tədqiqat və innovasiya agentliklərinə təsir edib.

"Bu, iş yerində ciddi sağlamlıq təhlükəsidir. İşçilərin təhlükəsiz içməli suya çıxışı və real məruz qalma şəraitini dəqiq əks etdirən testlərdən keçmək hüquqları var", - deyə sindikatdan verilən açıqlamada qeyd olunur.

Eyni zamanda Avropa Komissiyasının nümayəndəsi bildirib ki, "üç həftə əvvəl aparılmış rutin su keyfiyyəti yoxlamaları zamanı çox məhdud sayda binalarda pozuntular aşkar edilib". O əlavə edib ki, dərhal ehtiyat tədbirləri görülüb və suyun verilişi dayandırılıb. Təkrar testlər isə göstərib ki, qurğuşun səviyyəsi mövcud standartlara uyğundur.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr