AZ

ABŞ İrana aid 3 təyyarəni məhv edib (VİDEO)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 3 İranhərbi təyyarəsinin məhv edilməsinin görüntülərini.

Trend xəbər verirki, bu barədə CENTCOM-un rəsmi "X" səhifəsində videopaylaşılıb.

Görüntüdə statik vəziyyətdə olan hədəflərin lazerli tuşlamametodu ilə raket zərbəsi ilə məhv edildiyini görmək olur.

KİV yazır ki, məhv edilən təyyarələrin İranın hərbi arsenalındaolan ABŞ və Rusiya istehsalı olan C-130 Hercules və İl76 nəqliyyattəyyarələri, eləcə də ABŞ istehsalı olan “P-3 Orion” kəşfiyyattəyyarəsidir. Kadrlardakı zərbələrin İranın Cənub-Şərqində yerləşənKerman aerodromuna endirildiyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
55
1
az.trend.az

2Mənbələr