ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə görə medalla təltif edilib.
Redaktor.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə, o cümlədən, onların fəaliyyətinə verdiyi dəstəyə görə “Benilüks” Azərbaycanlıları Konqresi tərəfindən medalla təltif edilib. Medal “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən Bakıda keçirilən təntənəli tədbir çərçivəsində təqdim olunub.
Qeyd edək ki, polkovnik Cəlil Xəlilov uzun illərdir ki, Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi istiqamətində beynəlxalq veteran təşkilatları ilə yanaşı, xaricdəki Azərbaycan disporu ilə də geniş əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək verir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.