AZ

Əliyev neftin bahalaşmasından danışdı - "Yüksək qiymətlər neft hasil edən ölkələrin də xeyrinə deyil"

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Dövlət başçısı bununla bağlı deyib:

“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”.

İş elanları AzVak.az-da

Seçilən
30
40
marja.az

10Mənbələr