AZ

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Bakı. Trend:

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativmaliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti iləbirgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılarüçün ƏDV-ni geri almaq indi daha rahat oldu.

Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus posterminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR koduoxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartıilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatikolaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə əlavə edilirvə ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaqüçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləriavtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir.

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilikmağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyətgöstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxınzamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatəetməsi planlaşdırılır.

Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edənKapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktivistifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarətAzərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərininxidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı KapitalBank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraqfəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciətedə bilərsiniz.

Məqalədə:
Seçilən
59
25
az.trend.az

10Mənbələr