AZ

Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu

Bakıda lüks avtomobil sürücüsünün yol hərəkəti qaydalarını pozması diqqət çəkib.

Far.Az-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Paytaxtın mərkəzi küçələrindən birində "Ferrari" markalı avtomobilin avtobus zolağı ilə hərəkət etməsi qeydə alınıb.

Belə ki, yalnız ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqdan istifadə edən sürücü bununla qaydaları kobud şəkildə pozub.

Seçilən
69
far.az

1Mənbələr