AZ

PAŞA Kapital , ölkənin özəl qurumları arasında ilk IPO çərçivəsində saziş imzalayıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

11 mart 2026-cı il tarixində "PAŞA Kapital İnvestisiya Şirkəti" ilə ölkənin aparıcı korporativ maliyyə institutlarından olan "PAŞA Bank", həmçinin "ABB Invest" və "Unicapital İnvestisiya Şirkəti" arasında qarşılıqlı tərəfdaşlığa dair əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qeyd edilən saziş, "PAŞA Bank" tərəfindən planlaşdırılan ölkənin ilk korporativ İlkin Kütləvi Təklif (IPO) layihəsi çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə və kapital bazarlarına çıxışın daha da asanlaşdırılmasına xidmət edir.

Əməkdaşlıq çərçivəsində tərəflər IPO prosesinin daha geniş investor auditoriyasına çatdırılması, investorların məlumatlandırılması və səhmlərin yerləşdirilməsi mərhələsində operativ və səmərəli iştirak imkanlarının təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Qarşılıqlı razılaşmaya əsasən, investorlar layihənin əsas anderrayteri qismində çıxış edən "PAŞA Kapital" və tərəfdaş investisiya şirkətlərinin platformaları vasitəsilə PAŞA Bank səhmlərini rahat və tam onlayn şəkildə əldə edə biləcəklər. 

Xatırladaq ki, ölkəmizin kapital bazarında özəl şirkət və özəl bank tərəfindən ilk dəfə həyata keçiriləcək bu IPO prosesi çərçivəsində PAŞA Bank investorlara səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin https://www.pashacapital.az/ rəsmi internet səhifəsinə daxil ola bilərsiniz. 

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
2
marja.az

4Mənbələr