AZ

Təcili yardım maşını çuxura düşdü, ölü dirildi - Hindistanda - FOTO

Hindistanın Uttar-Pradeş ştatında həkimlərin ölü elan etdiyi 50 yaşlı qadın təcili yardım maşınında aparılarkən qəfil özünə gəlib.

Ölkə.Az "The Times of India"ya istinadən xəbər verir ki, Vinita Şukla Bareyli şəhərindəki xəstəxanada müalicə alırdı. Həkimlər onun öldüyünü bildirdikdən sonra ailə üzvləri qadını dəfnə hazırlamaq üçün təcili yardım maşını ilə evə aparmaq qərarına gəliblər.

Qadının həyat yoldaşının sözlərinə görə, yol çox bərbad vəziyyətdə olub və çuxurlarla dolu olub. Buna görə də təcili yardım maşını tez-tez tullanırmış. Bir məqamda avtomobil dərin bir çuxura düşüb. Məhz bundan sonra gözlənilməz hadisə baş verib — qadın yenidən normal nəfəs almağa başlayıb.

Bundan sonra Şuklanı yenidən xəstəxanaya aparıblar. Həkimlər ona təcili tibbi yardım göstərib və bir neçə gün vəziyyətini müşahidə ediblər. Müalicədən bir neçə gün sonra hindistanlı qadın evə buraxılıb.

Ərinin sözlərinə görə, hazırda o, şüurludur və ailə üzvləri ilə danışa bilir.

Seçilən
65
1
olke.az

2Mənbələr