"Özbəkistandan gəlib burada "müalicə" ilə məşğul olan bir "həkim" saxlanılıb. İnsanların üzünə, ağrıyan yerinə tüpürməklə, arada şillə-təpik vurmaqla, bağırıb-çığırmaqla "müalicə" edirmiş. Deyilənə görə, yüzlərlə adam onun qəbuluna düşmək üçün hər gün növbəyə düzülürmüş, hər xəstədən 60 manat alırmış. Belə baxanda, tək onu niyə saxlayıblar ki?! Onun yanına gedənləri, gedənlərin oxuduğu məktəblərin direktorlarını, Misir Mərdanovu (sabiq təhsil naziri Misir Mərdanovu nəzərdə tutur-red), indiki naziri, televiziyalarda insanların beyinlərini yuyanları - hamısını 60 manat cərimə etmək lazımdır”.
Pravda.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, təəccüblə qeyd edib: “Üzünə tüpürəndə sağalacağına inananlar varmış, nə bilim, vallah...”
Xatırlatma: Bakıda “Bİ ES VİP” estetik klinikasında xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Həkim qısa vaxtda polis tərəfindən saxlanılb.
Aytəkin Qardaşova