AZ

İran ordusu İsrailin iki hərbi hava bazalarını atəşə tutduğunu bəyan edib

Bakı. Trend:

İran ordusu İsrailin iki hərbi bazası - Palmaxim və Uvda hərbihava bazlarını və Şin Bet qərargahını atəşə tutduğunu bildirib.

Trend-inməlumatına görə, bununla əlaqədar İran ordusu məlumat yayıb.

Məlumata görə, İran ordusu hücumları Pilotsuz Uçuş Aparatlarıilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, bu hərbi hava bazaları və qərargah İranahücumlarda əsaslı rola sahibdir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
65
13
az.trend.az

10Mənbələr