AZ

BƏƏ ordusu gün ərzində İranın 7 ballistik raketini və 27 dronunu zərərsizləşdirib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə (HHM)sistemləri martın 13-də İran istiqamətindən buraxılan 7 ballistikraketi və 27 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyiməlumat yayıb.

Nazirliyin məlumatına görə, İranın hücumları başladığı vaxtdanetibarən BƏƏ hərbçiləri ümumilikdə 285 ballistik və 15 qanadlıraketi, eləcə də 1 567 pilotsuz uçuş aparatınızərərsizləşdiriblər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
38
13
az.trend.az

10Mənbələr