ABŞ İran Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus üç təyyarəni vurub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Komandanlıq həmçinin təyyarələrin vurulmasının görüntülərini paylaşıb.
Ekspertlər görüntülərdə ABŞ istehsalı olan “C-130 Hercules” və Rusiyanın “İl-76” nəqliyyat təyyarələrinin, həmçinin ABŞ istehsalı olan “P-3 Orion” kəşfiyyat təyyarəsinin yüksək dəqiqlikli sursatla məhv edildiyini bildiriblər. Zərbələrin Kirman şəhərində yerləşən aerodroma endirildiyi iddia olunub.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"