AZ

AMB: Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, son illər rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib.

“Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir. İnnovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır”, - deyə Toğrul Əliyev vurğulayıb.

Foto: Azər İbrahimov

Video: İlham Nadirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
4
azertag.az

5Mənbələr