AZ

Nazir onu özünə yenidən müşavir təyin etdi

Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.

Ölkə.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.

Seçilən
69
17
olke.az

10Mənbələr