AZ

"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"

style='margin-bottom:10px;'>

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlının  “Sabah”la son oyundan (1:7) sonra komandanın baş məşqçisi Kaxaber Sxadadzenin azarkeşlərdən biri ilə mübahisə etməsi, onu hədələdiyinə dair yayılan görüntülər haqda danışıb.

QOL.az saytına müsahibəsində klub rəsmisi gürcü mütəxəssisin hərəkəti ilə bağlı deyib:

"Sxadadze olmasın, mən olum, siz olun, 1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz? Məğlubiyyəti mülayim qarşılasaydı, təəccüblü onda olardı ki, bunun vecinə deyil. O cür məğlubiyyət zamanı məşqçinin belə davranması başadüşüləndir. Kim olsa, hansısa sözə, hərəkətə elə reaksiya verərdi. Sadəcə olaraq bu epizod kameraya tuş gəlib. Futboldur, emosialarla doludur, hər şey ola bilər. Mən inanmıram ki, komanda yaxşı oynayanda belə bir hadisə yaşansın.

Bu cür etmək vəziyyətlə barışmamaqdır. Azarkeşləri də başa düşürük. Eyni şeyi onlar haqda da demək olar. 1:7 hesabı ilə uduzan və meydanda döyüşməyən bir kollektiv görürlər. Onların da reaksiyasını başa düşürük. Sadəcə elə etmək lazımdır ki, bir də bu hallar yaşanmasın. Bundan hansısa başqa nəticə çıxarmaq düzgün olmaz".
 

Seçilən
73
1
teleqraf.com

2Mənbələr