ain.az, sport24.az portalına istinadən məlumat verir.
Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Sport24.azxəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Belçikadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Sloveniyanın Krşko şəhərində yerləşən "Matiya Qubets" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Qeyd edək ki, matçı ukraynalı baş hakim Veronika Vasilçenko idarə edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.