AZ

Qara dəniz üzərində kiçik meteorit parçalanıb

Bu gün Qara dəniz üzərində kiçik kosmik obyekt atmosferdə parçalanıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, ölçüsü bir neçə on santimetrdən yarım metrə qədər olan obyektin ehtimal ki, meteorit olduğu bildirilir.

QHT.az xəbər verir ki, parlaq bolid Moskva vaxtı ilə təxminən 22:24–22:36 intervalında müşahidə olunub. Hadisə Novorossiysk, Anapa və Rostov-na-Donu şəhərlərində də görünərək bir çox video və müşahidə kameraları tərəfindən qeydə alınıb.

Alimlər obyektin meteorit və ya kosmik tullantı ola biləcəyini ehtimal edir. Qalıqların böyük ehtimalla Qara dənizə düşdüyü bildirilir və quru ərazilərdə hər hansı zərər barədə məlumat verilməyib.

 

R.İmanov

Seçilən
76
qht.az

1Mənbələr