AZ

“Crocus”da terror aktı törətmiş 4 və onlara kömək etmiş 11 nəfər ömürlük həbs cəzasına məhkum edilib

Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin Apellyasiya Kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda “Crocus City Hall” konsert zalında törədilən terror aktının birbaşa icraçılarını ömürlük həbs cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə RBK məlumat verib.

Qeyd edilib ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı cəzalarını xüsusi rejimli koloniyada çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.

Bundan əlavə, məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib.

Həmçinin "Crocus City Hall” konsert zalında törədilən terror aktının icraçılarına kömək edən 11 nəfər də ömürlük həbs cəzası alıb. Onlar terrorçuları pul və silahla təmin edib, onlara avtomobil satıblar.

Daha 4 nəfər şərik isə 19 il 11 aydan 22 il 6 aya qədər həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.

Seçilən
20
2
apa.az

10Mənbələr