AZ

Uşaqlara qarşı təzyiq və aqressiv davranışın qarşısını almayanlar cərimələnəcək

Bakı. Trend:

Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiqvə aqressiv davranışının qarşısının alınmamasına görə cərimə tətbiqediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan İnzibati XətalarMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsinə əsasən, təhsil, tibb, sosial xidmət, idman,istirahət mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdəuşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq vəaqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər300 manatdan 400 manatadək məbləğdə, vəzifəlişəxslər 500 manatdan 600 manatadək məbləğdə cəriməediləcək.

Məqalədə:
Seçilən
68
1
az.trend.az

2Mənbələr