Tayland 11 martda Hörmüz boğazında "Mayuri Nari" gəmisinə edilən hücumu müzakirə etmək üçün İranın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tayland hakimiyyəti gəmidə baş verən partlayışdan sonra üç heyət üzvünün itkin düşdüyünü açıqlayıb. 20 heyət üzvü Oman tərəfindən uğurla təxliyə edilib.
Məlumata görə, Taylandda qeydiyyatdan keçmiş gəmini, eləcə də Liberiya bayrağı altında üzən başqa bir gəmini boğazda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurub. Onlar gəmiləri "xəbərdarlıqlara" məhəl qoymadıqları üçün vurduğunu açıqlayıb.
Ağarza Elçinoğlu