AZ

Nikol Paşinyan: İranda baş verənlər “Tramp Marşrutu”na təsir edəcək

BAKI, 12 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ və İsrailin İranla müharibəsi fonunda “Tramp Marşrutu” layihəsinin praktiki icrasına başlanılması məsələsindən danışıb.

“Bu gün üçün TRIPP ABŞ administrasiyasının prioritetləri arasında deyil. Çünki nə baş verdiyini, onlar nə ilə məşğul olduğunu görürsünüz.

Təəssüf ki, bunun zaman baxımından proseslərə təsir göstərməsi ehtimalı yüksəkdir. İndi ABŞ hökuməti bu məsələ ilə məşğuldur. Əlbəttə, təsir etməyəcəyi məlum olsa, yaxşı olardı”, - Paşinyan vurğulayıb.

Seçilən
66
teleqraf.com

1Mənbələr