AZ

"Krokus"dakı terrorda təqsirləndirilən 15 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər - YENİLƏNİB

Rusiya hərbi məhkəməsi "Krokus Siti Holl" konsert zalında terror aktı ilə bağlı təqsirəndirilən 19 şəxsdən 15-ni ömürlük həbs cəzasına məhkum edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.

Cinayətin daha dörd üzvü 19 il 11 aydan 22,5 ilədək azadlıqdan məhrumetmə cəzası alıb. Söhbət terror aktının icraçılarına mənzil icarəyə verən Alişer Kasımovdan, həmçinin cinayətkarlara avtomobil satan iki qardaş İslomov və onların atasından gedir. Onlardan Kasımov ən böyük cəzanı - 22,5 il alıb, İslomovlar 19 il 11 ay həbs cəzasına məhkum ediliblər.

İcraçılardan yalnız biri günahını etiraf etməyib. O, özünü terrorçu adlandırmaqdan imtina edib və "cihad həyata keçirdiyini" bəyan edib. Üzvlərin əksəriyyəti günahlarını qismən etiraf edib, beş təqsirləndirilən şəxs günahını etiraf etməkdən imtina edib.

Rusiya hərbi məhkəməsi "Krokus"dakı terror aktının dörd icraçısını ömürlük həbs cəzasına məhkum edib.

"Report" xəbər verir ki, bu barədə REN TV xəbər verir.

İkinci Qərb Dairə Hərbi Məhkəməsinin qərarına əsasən, hər dörd məhkum ömürlük həbs cəzasının ilk 17 ilini həbsxanada keçirəcək, qalan müddət üçün xüsusi rejim nəzərdə tutulub.

Məhz ömürlük həbs cəzasını dövlət ittihamı Dalerdjon Mirzoyev, Şamsiddin Fariduni, Muhammadsobir Fayzov və Saidakrami Murodali Raçabalizoda üçün tələb etmişdi.

Seçilən
21
1
far.az

2Mənbələr