AZ

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı R.Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Törətdiyi qanun pozuntuları ilə bağlı R. Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.


Telegram kanalımız
Seçilən
39
2
yenisabah.az

10Mənbələr