AZ

Sülh legitimlik və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır - Alfred Husenbauer

Bakı. Trend:

Amerikanın strateji düşüncəsində əsas diqqət razılaşmalara vətəşviqlərə yönəlir. Münaqişələr isə icra edilə bilən çərçivələrinyaradılması ilə idarə olunur, bu çərçivələrdə hər bir tərəfsabitlikdən eskalasiyadan daha çox qazanc əldə etməlidir.

Trend xəbərverir ki, bu fikirləri bu gün Avstriya Respublikasının sabiqFederal Kansleri Alfred Husenbauer, XIII Qlobal Bakı Forumuçərçivəsində "Qlobal Təhlükəsizlik və Güc Balansı: BeynəlxalqHüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar" adlı paneldəçıxışında bildirib.

Husenbauerin fikrincə, Avropa düşüncəsində əsas vurğu hüquqa,suverenliyə və bütövlüyə edilir:

"Sülh legitimliyə və sərhədlərin toxunulmazlığı prinsipinəəsaslanmalıdır. Çünki bu prinsiplər hər dəfə pozulduqdaqeyri-sabitlik meydana çıxır. Buna görə də Avropa üçün davamlırazılaşma yalnız hərbi əməliyyatların dayandırılması iləməhdudlaşmır. Bu, həm də beynəlxalq hüquqa və dövlətlərin özmüqəddəratını təyin etmə hüququna hörmət edən bir həll tələb edir.Bunun əksinə olaraq, Rusiya düşüncəsi fərqli yanaşmadan çıxış edir.Orada mədəni elementlər, prestij, tanınma və strateji buferzonaları ön plandadır. Təhlükəsizlik isə hüquqi çərçivələrdən dahaçox, digər güclərin Rusiyanın statusunu və təsirini nə dərəcədəqəbul etməsi ilə müəyyən edilir".

Husenbauer qeyd edib ki, Çin əsasən Rusiya və Avropayanaşmalarının qarışığıdır, lakin Amerika modelindən daha aztəsirlənib. Çin yanaşması, demək olar ki, Rusiya və Avropamodellərinin birləşməsi kimi görünür: "Bu üç konsepsiyanı müqayisəetdikdə, əsas gərginliklərin mənbəyi aydın olur. Çünki Amerikamodeli hesab edir ki, milli maraqlara verilən təşviqlər dövlətlərindavranışını formalaşdıra bilər. Avropa modeli isə sabitliyin hüquqinormalardan və suveren bərabərlikdən yarandığını qəbul edir. Rusiyamodeli isə təhlükəsizliyin gücdən, tanınmadan və ətraf məkanüzərində nəzarətdən qaynaqlandığını düşünür".

Siyasətçi vurğulayıb ki, Ukrayna ilə bağlı aparılanmüzakirələrdə də məhz bu vəziyyət müşahidə olunur. Görünür ki, ABŞvə Rusiya razılaşmaya Avropa ilə Rusiyanın yaxınlaşmasından dahaçox yaxındır. Bu, əsasən təhlükəsizlik anlayışına dair fərqlidüşüncə çərçivələrindən qaynaqlanır: "Əlbəttə, təhlükəsizlikanlayışlarındakı fərqlərlə yanaşı, hazırda başqa bir vəziyyət dəmövcuddur. Mən mövcud hökumətləri mühakimə etməyə çalışmıram. LakinABŞ-ın milli təhlükəsizlik strategiyasına və Prezident VladimirPutinin bəyanatlarına baxdıqda belə bir təəssürat yaranır ki, hərikisinin ortaq rəqibi Avropa İttifaqıdır. Çünki Avropa İttifaqı,liberal demokratiyanın son mayakı kimi görünür".

Onun fikrincə, liberal demokratiyanın əsas dayağı hazırda Avropaİttifaqıdır.

Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr