AZ

Qarabağ la matçda poker etdi, PSJ nin transfer siyahısına daxil oldu

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

PSJ və “Mançester Siti” “Nyukasl”ın futbolçusu Antoni Qordonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, hər iki klub 25 yaşlı vinger üçün danışıqlara start verib.

Onun “Nyukasl”la müqavilə müddəti 2030-cu il iyulun 1-nə qədərdir. Qordonun hazırkı komandasını tərk edib-etməyəcəyi hələ ki bəlli deyil.

İngiltərə millisinin də üzvü olan futbolçu “Liverpul”un yetirməsidir. O, “Everton” və “Preston”da oynadıqdan sonra 2023-cü ildə “Nyukasl”a keçib.

Qeyd edək ki, Qordon bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçirilən görüşündə(1:6) poker etmişdi.

 

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
sportal.az

2Mənbələr