AZ

Oyunumuz xoşuma gəldi Budyo Qlimt in baş məşqçisi darmadağını dəyərləndirdi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Sportinq"i 3:0 hesabı ilə darmadağın edən "Budyo-Qlimt"in baş məşqçisi Xyetil Knutsen matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Özümüzü yaxşı hiss edirik. Oyunumuz xoşuma gəldi. Birinci hissədə sərgilədiyimiz futboldan daha çox razı qaldım. Rəqib bizə bir qədər boş zona verdi və bu boşluqdan istifadə edə bildik. İkinci hissədə isə açıq oynadıq. Bu səbəbdən "Sportinq"in çox sayda əks-hücum qurmasına şərait yaradıq.

Cavab qarşılaşması? O başqa oyun olacaq. Birinci matç bitdiyi üşün şadam. Bərpa üçün bir qədər vaxt lazımdır. İkinci görüşə yaxşı hazırlaşmaq vacibdir".

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
fanat.az

2Mənbələr