AZ

Azərbaycanın "Sea Breeze" layihəsi Kann şəhərində keçirilən sərgidə

Yazını böyüt
Yazını kiçilt

"Sea Breeze" layihəsi ilk dəfə olaraq inkişaf və investisiya layihələrinin təqdimatı üçün ən böyük məkanlardan biri olan MIPIM 2026 beynəlxalq daşınmaz əmlak sərgisində nümayiş olunur. Kann şəhəribdə keçirilən sərgi hər il dünyanın aparıcı developerlərini, memarlarını, investorlarını və şəhər administrasiyasının nümayəndələrini bir araya gətirir.

Hafta.az xəbər verir ki, MIPIM-in ilk günündə Sea Breeze stendinin rəsmi açılışı baş tutub.

Tədbirdə RX France şirkətinin idarəedici direktoru Filippo Rean, MIPIM-in direktoru Nikolas Boffi və Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva iştirak ediblər.

Açılış mərasimindən sonra layihə rəsmi olaraq təqdim edildi.

Sea Breeze şirkətinin təsisçisi və sahibi Emin Ağalarov Xəzər sahilində kurort şəhərciyinin inkişafı konsepsiyasını təqdim etdi və ərazinin uzunmüddətli inkişaf strategiyasını açıqlayıb:

“Əksər layihəçilər beş-yeddi illik perspektivli layihələri nəzərdən keçirirlər. Sea Breeze-in heç vaxt finiş xətti olmayıb - bu, ömürlük bir layihədir. Mən tez bir zamanda başa çatmağı və ya pul qazanmağı hədəfləmirəm. Son iyirmi ildə əldə edilən bütün gəlir infrastruktura - yollara, abadlıq işlərinə, məktəblərə və tibb müəssisələrinə yenidən investisiya qoyulur. Layihə çərçivəsində nə qədər çox infrastruktur və ətraf mühit keyfiyyəti yaratsaq, daşınmaz əmlaka tələbat bir o qədər yüksək olar”.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva layihənin ölkənin beynəlxalq mövqeyi üçün əhəmiyyətini vurğulayaraq, deyib:

"Bu mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Azərbaycanı təmsil etmək imkanına görə Emin Ağalarova, Sea Breeze komandasına və MIPIM təşkilatçılarına minnətdaram".

Onun sözlərinə görə, bu gün Azərbaycan təkcə enerji ehtiyatları ilə zəngin ölkə kimi deyil, həm də yüksək insan potensialına malik bir millət kimi tanınır. O, sabitlik və təhlükəsizliyi, iqtisadi artım və inkişafı, eləcə də multikulturalizmi ölkənin əsas xüsusiyyətləri kimi qeyd edib.

MIPIM 2026 sərgisi 13 mart tarixinə qədər davam edəcək. Həftə ərzində Sea Breeze komandası öz stendində investorlar, developerlər və memarlıq firmaları ilə görüşlər keçirəcək və layihəni beynəlxalq peşəkar ictimaiyyətə təqdim edəcək. Sea Breeze stendində yeni inkişaf mərhələsindəki əsas layihələrin - Halfmoon Island və Caspian Dream Liner kompleksinin memarlıq modelləri nümayiş olunacaq.

Media.azMedia.azMedia.azMedia.az
Seçilən
21
hafta.az

1Mənbələr