AZ

Fazil Mustafadan referendum anonsu: Konstitusiyada vacib dəyişikliklərə ehtiyac var

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununu imzalayıb.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklik əsasən Naxçıvanda xüsusi nümayəndənin səlahiyyətlərinin dəqiqləşdirilməsi və Ali Məclisin çağırılma qaydalarında dəyişiklik edilməsi, eyni zamanda Ali Məclisin buraxılması prosedurunun təkmilləşdirilməsini nəzərdə tutur və xüsusilə də əgər hansısa bir Konstitusiya pozuntusu olarsa, ölkə başçısı tərəfindən Naxçıvan Ali Məclisinin buraxılması nəzərdə tutulur:

"Bu, 31 deputatın bilavasitə çağırışı ilə də baş tuta bilər. Bütövlükdə Naxçıvanda hakimiyyət bölgüsündə müəyyən aydın olmayan səlahiyyət bölgüsü vardı və bu Konstitusiya dəyişikliyi həmin bölgünü aradan qaldırır. Amma Naxçıvan Muxtar Respublikasının idarə edilməsi ilə bağlı çox güman ki, irəlidə Azərbaycan Konstitusiyasında vacib dəyişikliklərə ehtiyac olacaq. Bunun üçün də referendumun keçirilməsi zəruridir, amma bunun nə vaxt olacağını söyləmək üçün hələ ki, əsas yoxdur. Lakin bu məsələ uyğun vaxtda yəqin ki, nəzərə alınacaq. Hazırda isə əsas qurumlararası səlahiyyət bölgüsünə bu dəyişiklik aydınlıq gətirəcək və idarəetmənin asanlaşdırılması, hər bir vəzifəli şəxsin öz funksiyasını dəqiq yerinə yetirməsi üçün imkanlar yaradacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
107
1
redaktor.az

2Mənbələr