AZ

“Atəşgah” Sığortadan Çin avtomobillərinə kasko endirimi!

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Müştəri məmnuniyyətini daim ön planda saxlayan “Atəşgah” Sığorta Şirkəti fevral ayının 1-dən etibarən “Çin Ayı” kampaniyasına start verib. 1 mart 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində Çin istehsalı olan avtomobil sahibləri üçün sərfəli sığorta fürsəti təqdim olunur.

Son illərdə istifadəsi nəzərəçarpacaq dərəcədə artan Çin markalı avtomobillər üçün şirkət tərəfindən kasko sığortası 10% endirimlə təklif edilir.

Qeyd edək ki, endirim yalnız kampaniya müddətində bağlanan sığorta müqavilələrinə şamil olunur. Aksiya barəsində ətraflı məlumat əldə etmək və ya endirimli kasko məhsulundan yararlanmaq istəyən şəxslər “940” qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Atəşgah” Sığorta Şirkəti gələcəkdə də müştərilərinə özəl yeniliklər təqdim etməklə onların etibarını və güvənini artırmağı hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
qafqazinfo.az

1Mənbələr