AZ

Onların birinci hissədə üç qol epizodları oldu və üç qol vurdular Xosep Qvardiola

ain.az, Fanat saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə səfərdə "Real Madrid"ə 0:3 hesabı ilə uduzan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Managing Madrid" belə çatdırıb:

"Nəticə göz önündədir, amma qarşıda hələ 90 dəqiqə var. Məncə, hər şey qo dərə də pis deyildi. Onların birinci hissədə üç qol epizodları oldu və üç qol vurdular.

Çarəsizlik hissi keçirmirəm. Biz rəqib qapıçı Tibo Kurtuanın özünü göstərməsi üçün qol vəziyyətləri yarada bilmədik. Dəfələrlə qapıçı meydançasına yaxınlaşsaq da, son ötürmələrdə dəqiqlik çatmadı. Ora qədər gedirsənsə, deməli, ümumilikdə hər şeyi düz edirsən. Kurtuanın möhtəşəm oyunla yadda qaldığını düşünmürük. Söylədiyim kimi, bizim son ötürmələrimiz alınmadı. Bunun öhdəsindən gəlsəydik, mütləq qol vurardıq".

Toğrul

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
fanat.az

2Mənbələr