AZ

Rekord qırıb “Real”ın tarixinə düşdü

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

18 yaşlı futbolçu Tyaqo Pitarç İspaniyanın “Real” klubunun tarixinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi buna İngiltərənin “Mançester Siti” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

O, qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlayan ən gənc ispan futbolçu edib.

Pitarç “Kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la görüşdə iştirak edib.

Qeyd edək ki, “Real” “Mançester Siti”ni üç cavabsız qolla üstələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
3
qafqazinfo.az

4Mənbələr