AZ

Paşinyan Qarabağa görə qəzəbləndi: “Vensə hədiyyə verib, onu qovdum!”

“Hökumət və baş nazir deyir ki, Qarabağ hərəkatı yoxdur. Amma bir dövlət məmuru ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə Qarabağ mövzusunda kitab hədiyyə edib, mən bunu təxribatçı addım hesab edirəm”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Həmin şəxs Soyqırımı Muzey-İnstitutunun direktorudur. Onun istefa verməsini tələb etmişəm”, – Paşinyan bildirib.

Qeyd edək ki, sözügedən institutun direktoru Edita Qzoyandır. O, ABŞ-ın vitse-prezidenti Ceym Devid Vensin İrəvana səfəri çərçivəsində qondarma “soyqırım” memorialını ziyarət edərkən Qarabağ erməniləri mövzusunu qaldırıb və ABŞ rəsmisinə “artsax” haqqında kitablar təqdim edib./Globalinfo.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr