Bakı.Trend:
Avropa Şurasının Prezidenti Antonio Koşta dünən Azərbaycanasəfər edib. Əminəm ki, bu səfər həm Azərbaycanda, həm də Avropadaprioritetlərin müəyyənləşdirilməsinə kömək edəcək. Həmçinin birgənələr edə biləcəyimizi, hansı ortaq layihələri və maraqlarımüəyyənləşdirəcəyimizi aydınlaşdıracaq.
Trend xəbərverir ki, bu fikirləri bu gün Avropa İttifaqı Şurasının fəxriprezidenti Şael Mişel bu gün XIII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında bildirib.
Mişel qeyd edib ki, mövcud vəziyyətdə bu çox vacibdir: "Birtərəfdən qəbul etməliyik ki, müəyyən fərqlərimiz ola bilər. Lakinbu fərqlər ortaq maraqlar üzrə əməkdaşlıq və əlaqələndirməyə maneolmamalıdır".
O həmçinin vurğulayıb ki, enerji bəzən vasitə və ya təzyiq alətikimi istifadə oluna bilər: "Enerjidən intimidasiya etmək, təzyiqgöstərmək və digər tərəflərə qarşı düşmən mövqe sərgiləmək cəhdləriola bilər".
Mişel əlavə edib ki, məhz buna görə bir çox ölkə və regionenerji sahəsində əməkdaşlığı diversifikasiya etməyə çalışır:"Həddindən artıq asılılıq olduqda, təhdidlər, şantaj və təzyiqriskləri artır".
O, bu regionda enerji sahəsində mühüm rol oynayan ölkələrinolduğunu qeyd edərək, onların sabitlik və proqnozlaşdırıla bilənliktəmin edə biləcəyini bildirib: "Bu, mövcud şəraitdə xüsusilə böyükəhəmiyyət daşıyır".