AZ

Niyə “S 400 əvəzinə Patriot” seçildi? Müdafiə Nazirliyi aydınlıq gətirdi

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyə Müdafi Nazirliyi gündəmdə olan məsələlərlə bağlı açıqlama verib və İran tərəfindən atılan raketlə bağlı suallara aydınlıq gətirib. 

Nazirlik həmçinin niyə "S-400" hava hücumundan müdafiə sistemi əvəzinə "Patriot" raketdən müdafiə sisteminin istifadə edildiyi ilə bağlı məsələyə də münasibət bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Türkiyə NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin bir hissəsidir. Bu səbəbdən mümkün təhlükə zamanı ən uyğun müdafiə vasitəsi mövcud əməliyyat vəziyyəti və tətbiq qaydaları nəzərə alınaraq müəyyən edilir.

Açıqlamada bildirilib ki, balistik raket aşkar edildiyi zaman müdaxilə üçün çox qısa vaxt olur. Bu səbəbdən sistem ən uyğun və ən sürətli müdafiə vasitəsini avtomatik seçərək işə salır. Nazirliyin məlumatına görə, Türkiyəyə doğru yönələn balistik raket təhlükəsinə qarşı ən effektiv müdafiə vasitələri tətbiq olunub və raket uğurla zərərsizləşdirilib.

Nazirlik xatırladıb ki, İran tərəfindən müxtəlif vaxtlarda atılan iki balistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Mövcud vəziyyət fonunda ölkənin hava məkanının qorunması məqsədilə əlavə tədbirlər görülüb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
azpolitika.info

1Mənbələr