AZ

Magistratura üzrə ölkə birincisi olduğunu AzEdu.az-dan ÖYRƏNDİ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

AzEdu.az 96 bal toplayaraq ölkə birincisi olan Elvina Əliyevanın təəssüratlarını öyrənib.

Müsahibimizə zəng edərək magistratura imtahanlarının yekun nəticələrinin elan olunduğunu bildirdik.

Elvina Əliyeva əvvəlcə bundan xəbərinin olmadığını qeyd etdi. Elə həmin an bu sevincli xəbəri bizdən eşidən Elvina xanımın səsindən nə qədər sevindiyini hiss etməmək mümkün deyildi.

O, açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə 100 baldan 91 bal, esse üzrə isə 5 baldan maksimum nəticə toplayaraq ümumilikdə 96 bal ilə ölkə birincisi olub.

Elvina xanımın sözlərinə görə, essedən 5 bal gözləsə də, bunun bir qədər çətin olacağını düşünürmüş.

Qeyd edək ki, o, Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 5-ci kurs tələbəsidir. Həmçinin “Prosol” şirkətində SOC analitiki vəzifəsində çalışır.

Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində təhsilini elə öz universitetində - Bakı Ali Neft Məktəbində davam etdirməyi planlaşdırır.

Seçilən
97
azedu.az

1Mənbələr