“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub.
Məlumata görə, Fərid Quliyev “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. Bununla bağlı bankın Müşahidə Şurası qərar verib.
Bununla da ATB-nin İdarə Heyətinin tərkibi ilin əvvəlində yeni təyin edilən sədr Günel Nəbiyeva ilə birlikdə 5 nəfərdən ibarət olub.
Qeyd edək ki, Fərid Quliyev 2002-ci ildən korporativ bankçılıq fəaliyyət göstərib. 2015-ci ildən yeni təyinatına qədər Fərid Quliyev "PAŞA Bank"da müxtəlif vəzifələrdə çalışıb.
APA