Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.
"Unikal" xəbər verir ki, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənəcək.
Daha sonra Astara dövlət sərhədi buraxılış məntəqəsindən keçməklə İrana göndəriləcək.
Xəlil Əliyev