AZ

Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməli və proseslərə real töhvələr verməlidir Deputat

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib ki, Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Naqif Həmzəyev bildirdi ki, ticarət əlaqələrinin qurulması faktı, şübhəsiz ki, əhəmiyyətli bir addımdır:

"Prezidentin əvvəlki açıqlamalarında da vurğulandığı kimi, Azərbaycan son aylar Ermənistana neft məhsulları tədarükünə başlayıb, digər ölkələrdən ərazisi vasitəsilə Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar siyasi iradənin mövcudluğunu göstərir.

Prezidentin özünün qiymətləndirməsinə görə, 2023-cü ilin son hərbi toqquşmasından 2025-ci ilin sülhünə qədərki dövr hər iki tərəfin siyasi iradə nümayiş etdirdiyi halda millətlərin barışa biləcəyinin göstəricisidir. Ticarətin başlanması sülhün möhkəmlənməsinin bir göstəricisidir, lakin hələ sülh müqaviləsinin rəsmi imzalanması, sərhədlərin delimitasiyası və iki xalq arasında ictimai etibarın bərpası uzun bir yoldur. Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməli və proseslərə real töhvələr verməlidir. Prezidentin bu çıxışı Azərbaycanın sülhə hazır olduğunu nümayiş etdirən diplomatik bir mesajdır. Ticarətin başlanması həqiqətən müsbət işarədir, lakin iki ölkə arasında onilliklər boyu davam etmiş münaqişənin yaratdığı dərin yaralar nəzərə alındıqda, bu addımların hər iki cəmiyyətdə dayanıqlı sülhə çevrilməsi üçün hələ uzun bir yol getmək lazım olacaq. Azərbaycan hər zaman güclü olmalıdır ki, bir daha təcavüzə məruz qalmasın".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
redaktor.az

2Mənbələr