AZ

İranın əvəzinə dünya çempionatında bu ölkə iştirak edə bilər

İran millisi Dünya Kubokunda iştirak etməsə FIFA kvotanı necə dolduracağını müəyyən etməli olacaq. Metbuat.az xəbər verir ki, Asiya kvotasına görə İraq millisinin dünya çempionatında iştirak etməsi məntiqli hesab edilir. Lakin, qaydalara görə, FIFA birtərəfli qaydada başqa bir ölkə seçmək qərarı da verə bilər.İtaliya pley-offdan dünya çempionatına vəsiqə qazana bilməsə, bu millinin turnirdə iştirakına üstünlük verilə biləcəyi irəli sürülür.

Qeyd edək ki, İranın Gənclər və İdman Naziri Əhməd Donyamali ölkə millisinin 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyəcəyini bəyan edib. O bildirib ki, ABŞ və İsrailin hücumları səbəbindən İranın milli futbol komandasının ABŞ-də keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunda iştirakı mümkün olmayacaq.

Seçilən
24
metbuat.az

1Mənbələr