AZ

Gürcüstanda avtomobillərin idxalına aksiz vergisi tətbiq olunacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 12 mart, AZƏRTAC

Gürcüstan hökuməti istismar müddəti 6 ildən çox olan nəqliyyat vasitələrinin ölkəyə idxalına qoyulan qadağanı ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bunun əvəzinə, hökumətin qərarı ilə nəqliyyat vasitələrinin idxalına tətbiq olunan aksiz vergisinin məbləği artırılacaq. Belə ki, idxal olunacaq avtomobilin mühərrikinin hər bir kubmetr üçün 4,5 lari aksiz vergisi tutulacaq.

“İstismar müddəti 6 ildən çox olan nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qaydalar tətbiq etdik. Bu qərarla bağlı qanunvericiliyə müəyyən düzəlişlər etmək istəyirik. Xüsusilə, idxalı qadağan etmək əvəzinə, istismar müddəti 6 ildən çox olan nəqliyyat vasitələrinin mühərrikinin gücünün hər bir kubmetri üçün 4,5 lari gömrük rəsmiləşdirmə tarifi tətbiq ediləcək. İdxal qadağası müvafiq artırılmış aksiz rüsumu tarifi ilə əvəz olunacaq. Bu qərar ekologiya, ətraf mühitin qorunması üçün çox vacibdir”, - deyə Baş nazir deyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
azertag.az

2Mənbələr