ain.az bildirir, Azpolitika.az portalına istinadən.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki bazalarına, Qüds və Təl-Əvivə bir neçə döyüş başlığına malik ağır raketlərlə zərbələr endirib.
Bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Əl-Qüds günü (1979-cu ildə İranın təşəbbüsü ilə fələstinlilərin öz hüquqları uğrunda mübarizəsinə dəstək nişanəsi kimi təsis edilib) ərəfəsində həyata keçirilən "Əsl vəd - 4" əməliyyatının 41-ci dalğası Təl-Əviv və Qüdsdəki ABŞ-İsrail hədəflərinə, eləcə də regiondakı ABŞ silahlı qüvvələrinin bazalarına yönəldilib", - deyə açıqlamada bildirilib.
Qeyd olunur ki, zərbələr müxtəlif tipli on raketlə, o cümlədən bir neçə döyüş başlığına malik "Xorrəmşəhr" və "Qədr", həmçinin "Xeybərşəkan" və hipersəs sürətli "Fəttah"la endirilib.(Oxu.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.