AZ

“OBA” Veysəloğlu Şirkətlər Qrupunda 2025-ci ilin şirkəti seçildi

Veysəloğlu Şirkətlər Qrupunun “Gücümüz Birliyimizdədir” şüarı altında keçirilən ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbirində “OBA” marketlər şəbəkəsi 2025-ci ilin şirkəti seçilib.

Publika.az xəbər verir ki, tədbir çərçivəsində ötən ilin nəticələri dəyərləndirilib, qarşıdakı dövr üzrə strateji hədəflər və inkişaf istiqamətləri müəyyənləşdirilib.

Eyni zamanda, müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələr də təltif olunub. Belə ki, “İnkişafa töhfə” nominasiyası üzrə “İnnovativ Həllər Marafonu – OBA Startap, İnnovasiya və Dəstək”, “Əməliyyatlarda mükəmməllik” nominasiyası üzrə “Shelf-Life Management Project”, “Rəqəmsal transformasiya” nominasiyası üzrə isə “OBA AI Hub” layihəsi mükafata layiq görülüb.

Bununla yanaşı, CEO-nun xüsusi nominasiyasına “Əsgər mağaza” , “Azərlotereya” və “Single Picking” layihələri layiq görülüb.

Çıxışlar zamanı “OBA” marketlər şəbəkəsinin son bir il ərzində əldə etdiyi nəticələr, qənaətli qonşu market konsepti üzrə inkişaf dinamikası və növbəti mərhələ üçün prioritetləri təqdim olunub.

Seçilən
51
6
publika.az

7Mənbələr