AZ

Tramp: ABŞ ordusu məqsədinə çatana qədər əməliyyatlar davam edəcək

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranla davam edən gərginliklə bağlı açıqlama verərək, ABŞ-ın hərbi əməliyyatları başa çatdırana qədər geri çəkilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ın Irana qarşı qısamüddətli hərbi müdaxilə mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, ABŞ məqsədinə çatana qədər əməliyyatlar davam edəcək.

Kentukki ştatında keçirilən mitinqdə çıxış edən Tramp bildirib: “Biz işimizi bitirənə qədər buradan ayrılmayacağıq və bu, çox tez baş verəcək”.İranın həm İsrail, həm də Yaxın Şərqdəki digər ölkələr üçün "təhdid" yaratdığı iddiasını təkrarlayan Tramp, İranın 47 ildir amerikalıları öldürdüyünü və bu "hərbi addımı" daha əvvəl atmalı olduqlarını iddia etdi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
icma.az

2Mənbələr