AZ

Kreditlərlə bağlı MÜHÜM YENİLİK

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər".

Bu fikirləri "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib.

O bildirib ki, bu addım fırıldaqçılıq hallarının və risklərinin əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək:

"Eyni zamanda, Mərkəzi Bank maliyyə bazarlarında bazar davranışlarının hüquqi tənzimlənməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq xarici ekspertlərin cəlb edilməsi ilə maliyyə institutlarının bazar davranışlarına dair metodoloji rəhbərlik layihəsi hazırlanıb.

Bu sənəd maliyyə sektorunda təkcə banklar üçün deyil, ümumilikdə maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarının təmin edilməsinə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir.

Bundan əlavə, Mərkəzi Bank tərəfindən qəbul edilmiş riskəsaslı nəzarət siyasətinə uyğun olaraq, bazar davranışları istiqaməti üzrə də riskəsaslı nəzarət mexanizmi üzərində iş aparılır. Bu çərçivə imkan verəcək ki, müştərilər və istehlakçılar üçün daha çox risk yaradan məhsullar, xidmətlər və ya maliyyə institutları üzrə daha intensiv nəzarət tədbirləri həyata keçirilsin"./Oxu.az

Seçilən
66
7
hafta.az

8Mənbələr