AZ

ABŞ ın diqqəti İranın bu adasına yönəlib İranın əsas mərkəzi hesab olunur

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ-nin əsas diqqəti İranın əsas neft mərkəzi hesab olunan Hark adasına yönəlib.

Hark adası İran materikindən təxminən 30 kilometr aralıda yerləşir və ölkənin neft ixracı baxımından ən strateji məntəqələrindən biri hesab olunur. Gündəlik təxminən 7 milyon barel emal və yükləmə gücünə malik olan ada bir çox xüsusiyyətlərinə görə ABŞ-nin  diqqət mərkəzinə düşüb. 

ABŞ mediası adaya mümkün hücum və ya blokada ehtimalı barədə yazıb, İran isə buna sərt reaksiya verib.

Qeyd olunduğu kimi, gündəlik 7 milyon barel gücə malik olan ada İranın neft ixracının təxminən 90 faizini təmin edir. Lakin ABŞ sanksiyalarına görə faktiki ixrac həcmi orta hesabla 1,6 milyon barel civarında qalır. Bu isə mövcud potensialın yalnız 60–65 faizinin istifadə olunması deməkdir.

Təxminən 21 kvadrat kilometr əraziyə malik olan ada Buşehr şəhərinin sahilləri yaxınlığında yerləşir və əhalisi təxminən 8 min nəfərdir. Burada böyük neft terminalları, boru kəmərləri və iri saxlama çənləri mövcuddur. Həmçinin ada təbii dərin su limanına sahib olduğu üçün böyük neft tankerələrinin yanaşmasına imkan yaradır.

"Qadağan olunmuş ada" kimi də tanınan bu yerə giriş yerli əhali olmayanlar üçün xüsusi icazə tələb edir. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
azpolitika.info

1Mənbələr