AZ

Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO

Türkiyəli məşhur aktyor Burak Özçivitlə bağlı sosial mediada yayılan video geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, aktyorun bir məkana daxil olduğu anı lentə alan rus qadın onun özünə baxaraq gülümsədiyi anı çəkib. Həmin anın videosunu paylaşan qadının reaksiyası isə sosial şəbəkələrdə diqqət çəkib.

Kadrlarda qadının çox həyəcanlandığı və aktyorun gülümsəməsindən sonra özünü saxlaya bilmədiyi görünür. O, paylaşımında "ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm" sözlərini deyib.

Qadının bu ifadələri qısa müddətdə internetdə viral olub və istifadəçilər arasında müzakirələrə səbəb yaradıb. Bəziləri bunu zarafat kimi qiymətləndirsə də, digərləri reaksiyanın həddindən artıq olduğunu qeyd ediblər.

Musa
Milli.Az

Seçilən
71
1
milli.az

2Mənbələr