AZ

Tanınmış astroloq “həmkar”larına səsləndi – 12 bürcü bilənlər…

Son dövrlərdə sosial şəbəkələrdə bir çox şəxslər özlərini astroloq kimi təqdim edərək, tarot falı və digər ezoterik xidmətlər təklif edirlər. Bu fəaliyyət cəmiyyətdə maraqla yanaşı, bəzən etiraz və şübhə də doğurur. İnsanların onlayn platformalarda belə xidmətlərə etibar etməsi, həm hüquqi, həm psixoloji, həm də etik baxımdan bir sıra suallar yaradır.

Belə fəaliyyətlərin insanlarda asılılıq və yanlış qərarverməyə səbəb olma riski varmı?

Sosial şəbəkələrdə özünü astroloq kimi təqdim edən şəxslərin fəaliyyətini və peşəkarlığını ayırd etmək üçün vətəndaşlar əsasən nələrə diqqət etməlidir? Çünki astrologiya bir elmdir və bu gün bu tip insanlar bu elmə kölgə salmış olur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən astroloq Sabirə Cəfər bildirib:

2025-ci

“Mən də bunun fərqindəyəm. Son zamanlar sürətlə artan bir tendensiya var. Özünü astroloq kimi qələmə verən insanlar bunu özlərinə asan qazanc yolu kimi görürlər. Onlar sadəcə bir seans almaqla, istər astrologiya, istərsə də yaşam koçluğu edərək, bunu bacardıqlarını düşünürlər”.

Bu addımların təməlindən səhv olduğunu deyən astroloq Sabirə Cəfər əlavə edib:

“Qədim zamanlardan etibarən astroloqlar dünyayönümlü təxminləri ilə özlərini reallaşdırdıqdan sonra şəxsi xəritələrə baxıblar. Bu gün təəssüflər olsun ki, Azərbaycanda ölkəyə və dünyaya yönəlik proqnoz verən astroloqlar azdır. Bu da onu göstərir ki, böyük rəsmə baxa bilmirlər. Azərbaycanda “bürcçülük” deyilən bir vəziyyət var. 12 bürcü bilən hər kəs özünü astroloq zənn edir”.

Doğum xəritəsinin geniş bir məvhum olduğunu deyən astroloq vurğulayıb:

“Bu xəritə özəl olduğu üçün hər bir ölkənin, hadisənin, şirkətin də özünəməxsus xəritəsi olur. İnsanlara qorxu saçaraq, gələcəklə əlaqəli təşviş yaradaraq əsasında pul qazanmaq həvəsinə düşürlər. Neptun Balıq keçidində olanda belə faktları artırdı. Artıq Qoç bürcündə olduğu üçün insanlar da safı çürükdən ayırmağı bacaracaqlar”.

“Bir astroloqdan xidmət almadan öncə onun təhsilini soruşmaq lazımdır. Təhsili olmadan seans verən bir astroloqun xidmətlərinə etibar etmək çox gülüncdür. Azərbaycanda təhsilsiz astroloq kimi fəaliyyət göstərən çox adam var. İnsanlara psixoloji təsir göstərərək onun yaxın zamanda öləcəyini belə deyiblər. Biz həmin xanıma uzun müddət seansdan sonra izah etməyə çalışdıq ki, bu keçid sadəcə olaraq onun mədəsində olan bir problemi tətikləyə bilər”, — deyə astroloq sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
51
1
konkret.az

2Mənbələr