AZ

Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin

Dünya tibb aləmində inqilabi yenilik yaşanır. Artıq həkimlər yüksək qan təzyiqi və hipertoniyadan əziyyət çəkən xəstələrə aptekə getmək əvəzinə, fərqli bir məşğuliyyət növünü tövsiyə edirlər.

Publika.az xəbər verir ki, bu barədə məşhur “Bloomberg” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, həkimlər artıq xəstələrə alternativ müalicə üsulu kimi balıq tutmağı məsləhət görürlər. Ürək xəstəlikləri və depressiyadan əziyyət çəkən insanlar daim gərginlik və həyəcan içində olduqları üçün balıq ovu bu gərginliyi aradan qaldırmağın ən yaxşı yolu hesab olunur.

Təbiət qoynunda, səssizlikdə vaxt keçirmək, suyun sakitləşdirici mənzərəsini seyr etmək pasiyentlərin psixi və fiziki sağlamlığına dərmanlardan daha effektiv təsir göstərir.

Mütəxəssislər qeyd edirlər ki, bu, tibb aləmində "sosial təyinat" adlanan yeni və mühüm bir tendensiyadır.

Seçilən
43
publika.az

1Mənbələr