AZ

"İnter Mayami" "Siti"nin ulduzunu hədəfə aldı

"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, MLS çempionu 31 yaşlı portuqaliyalını azad agent kimi heyətinə qatmaq istəyən klublardan biridir. Futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Ona həmçinin "Yuventus", "Benfika" və bir sıra digər komandalar da maraq göstərir.

Silvanın nümayəndələri ilə maaşla bağlı danışıqlara onun "Siti"də aldığı indiki məbləğə yaxın rəqəmdən başlanacağı bildirilir. Söhbət mövsümə görə təxminən 7-8 milyon avrodan gedir.

Seçilən
35
publika.az

1Mənbələr