
Ötən il Azərbaycanda 29 min 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4 min 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta topdansatış qiyməti 28,5 manat, mumun 17,7 manat, vərəmumun 135,3 manat, güləmin 154,6 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 409,3 ton azalıb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 10 qəpik aşağı düşüb.

Qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.
Elnur Əli